APA-nın məlumatına görə, sənəd Şotlandiya Milli Partiyasının (SNP) millət vəkili Sandra Vayt tərəfindən təklif edilib.
Mətndə göstərilir ki, 26 fevral işğalçı Ermənistan qoşunları tərəfindən Azərbaycanın Xocalı şəhərinə olan hücumun 24-cü ildönümüdür.
Sənəddə hücum zamanı qətlə yetirilmiş 613 nəfərin ailələrinə başsağlığı verilir, Azərbaycan ərazilərinin işğalına son qoyulmasına çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyi vurğulanır, son vaxtlar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahatlıq ifadə olunur:
“Xocalıda baş verən faciə hərbi əməliyyatlar zamanı baş verə biləcək qorxunc hadisələri və bütün dünyada xalqlar arasında anlaşma, əlaqə və dözümlülüyün əhəmiyyətini bir daha xatırladır.
Şotlandiyada və dünyanın hər yerində yaşayan azərbaycanlılar hər il 26 fevral gününü Xocalı faciəsinin qurbanlarını yad etmək məqsədilə hüzn günü kimi anır, ümid edirlər ki, bu faciənin ildönümünə diqqət çəkməklə uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə davamlı həllinin tapılmasına yönəlmiş beynəlxalq səylər artırılacaq”.
Sənədin aparılmış diplomatik fəaliyyət və Şotlandiyadakı Azərbaycan icmasının səyləri nəticəsində hazırlanaraq irəli sürüldüyü bildirilir
Baxış sayı: 1 920
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

