“Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki buraxılışı gənclərə həsr olunub.
Verilişin qonaqları VI Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Məmmədov , gənc qrafik rəssam Tural Hüseyn, xanəndə Gülzar Fərəcova olub.
Məftun Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Dərs aldığı müəllimləri, muğam sənətinə sevgisindən söz açıb. Tural Hüseyn “Rənglənmiş tarix” layihəsi ilə bağlı məlumat verib. Layihənin ərsəyə gəlməsi, cəmiyyətin bu layihəyə marağından bəhs edib. Gülzar Fərəcova muğam televiziya müsabiqəsindən bu günə kimi fəaliyyətindən söz açıb. Verilişin iştirakçısı olan gənc istedadlar yaradıcılıq uğurlarını tamaşaçılarla bölüşüblər.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” verilişi həftəiçi saat 19:00-da Beynəlxalq Muğam Mərkəzindən canlı olaraq tamaşaçılarla görüşə gəlir.
Baxış sayı: 1 282
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

