FACT-INFO.AZ » SİYASƏT » Britaniya Parlamentində “Müharibə cinayətinin Xocalı şahidi"...
4-07-2015, 09:30 | SİYASƏT
Britaniya Parlamentində “Müharibə cinayətinin Xocalı şahidi"...

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Xocalıya ədalət !” kampaniyası çərçivəsində “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Lord Kilkluni, Lord Addington və parlamentin İcmalar Palatasının üzvü Bob Bləkman iştirak edib.

Kitab təqdimatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli faciəsi – 1992-ci ildə törədilmiş Xocalı qırğınının qurbanlarının əziz xatirəsinə həsr olunub.

“Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabının tərtibçi həmredaktoru Ian Peart çıxışında bildirib ki, kitab Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. 2014-cü ilin Londonun “İTHACA PRESS” nəşriyyatında ilk dəfə işıq üzü görən sözügedən kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümükündür.

İ.Peart qeyd edib ki, kitabın nəşri “Xocalıya ədalət !” kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olmuşdur. “Xocalıya ədalət !” kampaniyası çərçivəsində kitab rus və türk dillərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ön sözü ilə nəşr edilib. “Ön söz”də kitabın türk və rus dillərinə tərcüməsi yüksək qiymətləndirilir və onun oxucularının “Xocalıya ədalət!” kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur.

Bu ilin fevral ayında “Xocalıya ədalət !” kampaniyası çərçivəsində kitabın Dublin, Bern, Berlin Ankara, İstanbul və Lüksemburq şəhərlərində təqdimat mərasimləri keçirilib.

Natiq sonda vurğulayıb ki, Xocalı soyqırımına dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunanan “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir.

Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi, millət vəkili Bob Bləkmən öz çıxışında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi dörd qətnaməyə haqqında söz açıb. Millət vəkilinin sözlərinə görə, BMT Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində qətiətsizlik nümayiş etdirir. Halbuki bunun kimi başqa hallarda, məsələn, Livanda dərhal tədbir görüldü. O, vurğulayıb ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətində yaşaması və Azərbaycan ərazilərinin işğal altında olması qəbulolunmazdır. BMT bu məsələnin həllində tədbir görə bilmədiyi üçün və Xocalı faciəsi günahkarlarını ədalət qarşısında məsuliyyətə cəlb etmədiyi üçün məsuliyyət daşıyır.

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və sələhiyyətli səfiri Tahir Tağızadə qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərə görə mənəvi, hərbi və hüquqi məsuliyyət daşıyan insanlar var. Onlar məsuliyyətə cəlb olunmadıqca gələcəkdə eyni halların təkrarlanmayacağına dair təminatımız yoxdur. Diplomat Xocalıda baş verənlərı son illər Azərbaycan xalqının üzləşdiyi faciəvi hadisələrin uzun siyahısında miqyasına görə ən dəhşətli qırğın kimi dəyərləndirdirib.

Kitabın digər həmredaktorlarından biri, ötən il vaxtsız vəfat etmiş Fiona Maklakhlan adından mərhumənin həyat yoldaşı Alastair Maklakhlan çıxış edib: “Fiona Azərbaycanı və azərbaycanlıları çox sevirdi. Fiona Xocalı şahidlərindən müsahibə götürüb evə qayıdandan sonra deyirdi ki, bu insanlarla tanış olduğı üçün böyük şərəf duyur və onların dərdinə şərik çıxır. O, bu insanların başlarına gələndən sonra yenə də bu qədər çox əliaçıq və istiqanlı olmasından təsirlənmişdi. Fiona onların ədalət görmək arzusunu və nə vaxtsa bir gün yurdlarına qayıdacaqları inamını bölüşürdü. Fiona həqiqətən ümid edirdi ki, bu kitab dəhşətli işgəncələrə məruz qalmış insanların həyatını dəyişdirəcək və bu kitabı oxuyan insanlara təsirsiz ötüşməyəcək.”

Böyük Britaniyanın LİNKS (Dövlət Quruculuğu və Münaqişələrin Həlli üzrə London İnformasiya Şəbəkəsi) təşkilatının icraçı direktoru Denis Sammut da çıxış edənlər arasında idi. O, uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar aparır və tərəflər arasında anlaşma üçün yollar axtarır. Sammutun sözlərinə görə, Qafqazda başqa bir Xocalının baş verməsinin qarşısının alınması bizim əsas vəzifəmiz olmalıdır. Bizim Xocalı və Qafqazda baş vermiş bunun kimi faciələrdə həlak olmuş insanları xatırlamağa ehtiyacımız var. Bunun üçün də bu kitab əhəmiyyətli bir töhfədir. 

 



Baxış sayı: 2 496
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031