FACT-INFO.AZ » SİYASƏT » Koronavirusla mübarizədə əsas silahlarımız birlik, həmrəylik və məsuliyyətdir
8-06-2020, 18:55 | SİYASƏT
Koronavirusla mübarizədə əsas silahlarımız birlik, həmrəylik və məsuliyyətdir

Hər bir nəslin taleyinə öz məsuliyyəti düşür. Hər bir nəsil öz çağırışları ilə üzləşir. Babalarımız faşizm çağırışı ilə sınağa çəkildi, məsuliyyətini tam dərk edərək müharibəyə qoşuldu və qalib gəldi, o məsuliyyəti biz nəslin üzərinə ötürmədi. Bizim nəslin taleyinə isə koronavirus pandemiyası düşüb. Bizim üçün qlobal çağırış odur. Məsuliyyəti üzərimizə götürüb ona qarşı müharibədə qalib gəlməliyik. Məsuliyyəti növbəti nəslin üzərinə ötürmək mənəviyyatsızlıq olduğu qədər də qeyri-mümkündür. Bu qarşıdurmada “kim-kimi” prinsipi artıq planetar xarakter kəsb edir. Bu mübarizədə birlik, həmrəylik və məsuliyyət sivil dünyanın əsas silahlarıdır. Qarşı tərəf isə gözə görünməyən düşmən olub, əsas müdafiə silahı-peyvəndi olmayan bəşəriyyəti ölüm hökmü ilə hədələməkdə israrlıdır. Artıq dünyada yarım milyondan çox insan bu hökmün qurbanı olub.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Pandemiya ilə mübarizədə silahlanmışıq. Silahımız olan birliyimiz və həmrəyliyimiz ən yüksək səviyyədədir. Bu birliyin və həmrəyliyin təminatçısı Azərbaycan xalqı və onun öz Prezidentinə olan sonsuz inamı və etibarıdır. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin forsmajor vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə taktiki qələbəmizi təmin edib və strateji zəfər üçün münbit şərait yaradıb. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma manevrlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.

Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunub və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilib. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilib və təkrar olunur. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində COVID-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (videoformatda) təşkil edilməsi Azərbaycanın forsmajor vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Bu töhfə konkret rəqəmlərdə öz təsdiqini tapır. Bələ ki, dünyanın 150-dən çox ölkəsi pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq üçün beynəlxalq maliyyə qurumlarının qapısını döyməkdə ikən, Azərbaycan nəinki belə dövlətlərin sırasında deyil, əksinə, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcminə ianə ayırıb. Bundan başqa, 5 milyon ABŞ dolları həcmində vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayırıb. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan koronavirusla mübarizə məqsədilə daha 14 dövlətə dəstək verib. Bu dəstək həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatları əhatə edir. Eyni zamanda, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə köməyə daha çox ehtiyacı olan 15 dövlətə yardım göstərməyi planlaşdırır. Beləliklə, ağır planetar xarakterli pandemiya dövründə Azərbaycan demək olar ki, 30 dövlətə öz kömək əlini uzadıb.

Bir sözlə, pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı, eyni zamanda, liderlərin də simasını müəyyən etdi. Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə böyük intellektə, dərin zəkaya, iti fəhmə, analitik düşüncə qabiliyyətinə, prinsipial və qətiyyətli mövqeyə, forsmajor vəziyyətlərdə isə sadalanan keyfiyyətlərin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider - Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, şəxsi ləyaqət hissini paklıq zirvəsinə yüksəldən, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərin unikal harmoniyasını xarizmatik davranış norması ilə tamamlayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulayıb, eyni zamanda, insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə deyib: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə cansağlığı və uzun ömür arzulayıram!”.

Beləliklə, qlobal pandemiyaya ali rəhbərliyin güclü siyasi iradəsi və unikal “peyvənd”imiz - birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz hesabına qalib gələcəyimizə inanırıq. Tam inam və qətiyyət ortaya qoymaq üçün isə, ilk növbədə, məsuliyyətimizi daha da artırmalıyıq. Bu sahədə boşluqların olduğu heç bir halda fərziyyə deyil, real gerçəklikdir. Bu, artıq zamanın çağırışıdır. Zaman isə gözləmir.




Baxış sayı: 1 011
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30