FACT-INFO.AZ » SİYASƏT » "AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır"
6-06-2020, 09:55 | SİYASƏT
"AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır"

“Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışında bir çox məsələlərə aydınlıq gətirdi. Dövlət başçısının xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycan xalqının eşitmək istədiyi fikirlərdir və tam reallığı əks etdirir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib.

Millət vəkili deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas vəzifəsi insan hüquq və azadlıqlarını qorumaqdır: “AŞPA Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinspiallıq göstərmədi. Əksinə, Avropa Şurası son 20 ildə Azərbaycana qarşı qərəzli münasibətini sistemli olaraq biruzə verdi. Bu da Avropa Şurasının daxilindəki ermənipərəst qüvvələrin, o cümlədən bu coğrafiyada Azərbaycanın ən güclü dövlət olmasını arzulamayan dairələrin apardığı təbliğatın nəticəsidir. AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır. Ermənistanda keçirilən prezident seçkilərindən sonra dinc aksiyaçılara qarşı polis və hərbçilərin zorakılıqlar nəticəsində 38 nəfər dünyasını dəyişmişdi. Ancaq buna baxmayaraq, çox təəssüflər olsun ki, AŞPA Ermənistanda keçirilən seçkilərə müsbət rəy verdi”.

N.Məhəməliyev qeyd edib ki, BMT tərəfindən qəbul edilmiş Azərbaycanın torpaqlarında, işğal edilmiş ərazilərimizdə də bir müddət əvvəl qondama “seçki şousu” təşkil edilib: “Ancaq əksər beynəlxalq təşkilatlardan fərqli olaraq, AŞPA bu “seçki şousu” qarşısında susqunluq nümayiş etdirdi. Bu da ikili standartlardan və xristian təəssübkeşliyindən irəli gəlir. Avropa Şurası heç vaxt işğalçını öz adı ilə çağırmadı. 1 milyon qaçqın və köçkünümüz bir tərəfdə qalıb, Azərbaycan daxilindəki "beşinci kolon"un nümayəndələrinə, dağıdıcı qüvvələrə isə dəstəklərini əsirgəmirlər. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” beynəlxalq hüquqa zidd olmaqla bərabər, həm də koronavirus pandemiyası ərəfəsində keçirildi. Əslində digər beynəlxalq təşkilatlardan da öncə məhz Avropa Şurası bu qondarma “seçkilər”i tanımadığı barədə bəyanat verməli idi. Digər tərəfdən, dünyanın faşizm ideologiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın paytaxtı Hitlerlə yaxından əməkdaşlıq edən, dinc insanlara qarşı kütləvi qırğınlarda iştirak edən Qaregin Njdeyə böyük bir abidə qoyulub. Avropa məkanında bu kimi hallara qarşı qəti mövqe ortaya qoyan Avropa Şurası Ermənistanda Qaregin Njdeyə böyük bir abidə qyulması qarşısında da susur. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, buna münasibətdə də ikili standartlar nümayiş etdirilir”.

Millət vəkili qeyd edib ki, bütün bu səbəblərdən Azərbaycan xalqı Avropa Şurasına olan ümidlərini itirir: “Avropa Şurası fəaliyyətini gözdən keçirməli. Azərbaycana qarış ədalətli mövqe sərgiləməlidir. O da nəzərə alınmalıdır ki, dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycanın bir çox ölkələrə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan digər ölkələrə nümunə olaraq göstərilib. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümümdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib. Bunların fonunda Avropa Şurasının mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir. Avropa Şurası Azərbaycana münasibətdə ədalətli mövqe ortaya qoymalıdır”.




Baxış sayı: 1 069
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30