APA-nın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.
O bildirib ki, Ermənistanın əlində yeganə çıxış yolu təxribat törətməkdir.
“Ermənistanın təxribat xarakterli hərəkətləri çox olacaq, biz buna hazır olmalıyıq. Konstruktiv şəkildə öz işimizi davam etdirməklə torpaqlarımıza qayıtmaq üçün zəmin hazırlayırıq. Ölkə rəhbərliyi də bu istiqamətdə yorulmadan çalışır. Biz ədalətə, öz haqq işimizə inanırıq. Tezliklə sonda inamımız müvəffəqiyyətlə öz torpaqlarımıza, Qarabağa qayıtmağımız üçün bizə kömək olacaq. Çünki biz inanırıqsa ki, haqq bizim tərəfimizdədir, biz ona nail olacağıq. Hər şeyi ağılla, səbirlə, konstruktiv yolla, dünyada baş verən prosesləri nəzərə almaqla etməliyik”, - deyə T. Gəncəliyev vurğulayıb.
Baxış sayı: 901
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

