Bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.
D. Bağçalı 24 il əvvəl ermənilərin rus əsgərlərinin dəstəyi ilə Xocalını işğal edərək vəhşiliklər törətdiyini xatırladıb:
“Xocalıda hədəfə alınan türklükdür. Xocalıda uşaq, qadın, yaşlı demədən 613 soydaşımızın canına qəsd edənləri türk milləti əsla əfv etməyəcək. Beynəlxalq ədalət Xocalıda batıb və taxdığı maska düşüb.
Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması bu gün heç kimi narahat etmir. Xocalıda etnik təmizlik həyata keçirənlər hələ vəzifələrdədir.
“Erməni soyqırımı” uydurmasından davamlı danışanların Xocalı sözünü ağzına almaması ikiüzlülükdür.
Beynəlxalq ictimaiyyət Xocalını yox sayıb, çünki Xocalıda öldürülənlər türkdür. Köçkün durumuna düşən soydaşlarımız evlərinə dönmədən Xocalı yarası qanayacaq. Qarabağ məsələsinin həlli üçün yaradılmış Minsk Qrupunun həmsədrləri problemin həllini uzadır.
Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və ədalət yerini tapmalıdır. Xocalı vətəndir, var olub, var olacaq”.(APA)
Baxış sayı: 1 903
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

