Fact-info.az Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
O qeyd edib ki, burada bizə qarşı AŞPA rəhbərinin mövqeyi də birmənalı deyil.
Millət vəkili bildirib ki, AŞPA-nın yay sessiyasında səsləndirilən fikirlər erməniləri dəstəkləməkdən başqa bir şey deyildi.
R.Rzayevin sözlərinə görə, erməniləri dəstəkləyən qüvvələrin, erməni lobbisinin bütün səyləri nəticəsində onlar prosedur qaydalarından kənar hərəkət edə bildilər.
O, deyib ki, bunların da hər biri ondan ibarətdir ki, orada Azərbaycanın bir çox uğurları var: “Ölkəmizin xarici siyasəti nəticəsində AŞPA-nın Azərbaycanla bağlı bir sıra ədalətli qərarları var. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə. Bütün bunların müqabilində ermənilər yanaşmalarını başqa cür qurdular. Onlar qaydalardan, beynəlxalq hüquqdan kənar Azərbaycanla bağlı bəndi dəyişib özlərinin xeyrinə yumşaltmaq istiqamətində iş apara bildilər. Amma buna baxmayaraq haqq-ədalət hər zaman Azərbaycanın tərəfində olub”.
Baxış sayı: 1 989
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

