M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron məlumat bazası 1918-ci ilin mayın 28-də Müsəlman Şərqində qurulmuş ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub.
Məlumat bazası Rəsmi sənədlər, Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri, Görkəmli şəxsiyyətlərin fikirləri, İstiqlal bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Azərbaycan hökuməti, Yuxarı Qarabağda vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf platforması, Təhsil, Elm və mədəniyyət, Nəşrlər, Şərqin ilk demokratik respublikasının uğurlu varisi, Xatirəsinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında rəsmi sənədlər, arxiv materialları, kitab və məqalələr, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar, şəkillər, Xalq Cümhuriyyətinə dair videolar yerləşdirilib. Təqdim olunan kitab və məqalələrin elektron resursları tam mətni ilə təqdim olunur.
Baza ilə tanış olmaq istəyənlər bu linkdən http://anl.az/el/emb/Cumhuriyyet/ istifadə edə bilər.
Baxış sayı: 944
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

