HABER TÜRK saytı 28 May - Respublika Günü münasibətilə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, tanınmış jurnalist, professor Kürşad Zorlu tərəfindən hazırlanan müsahibənin girişində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsi xatırlanır və türkdilli oxuculara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dünya birliyi tərəfindən tanınması, Qafqaz İslam ordusunun tarixi missiyası, həmçinin 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası prosesi, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olması və digər mühüm məsələlərlə bağlı məlumat verilir.
Müsahibədə COVID-19 infeksiyasına qarşı Azərbaycanda aparılan sistemli mübarizə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında Türkiyədə çalışan azərbaycanlı həkim-mütəxəssislərin infeksiya ilə bağlı ölkəmizə getməsi, Azərbaycan-Türkiyə münasibətləri, türk dünyasının həmrəyliyinin əhəmiyyəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatların inkişafa təsiri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı mühüm məqamlara toxunulub.
Baxış sayı: 890
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

