FACT-INFO.AZ » XƏBƏR » "DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır"
23-05-2020, 21:30 | XƏBƏR
"DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır"

Etiraf edək ki, əhaliyə xidmət sahəsində sovet dönəmindən qalan stereotiplər, müstəqillik qazandıqdan sonra da ölkəmizin yerli idarəetmə və vətəndaşlara xidmət sahəsində qalmaqda idi. Göstərilən xidmətlərdən yararlanmaq üçün tanışlıq, növbəsizlik və hətta rüşvət elementləri insanları narahat edən əsas məsələlərdən biri olmuşdur.

Bu sözləri “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərhələli islahatlar paketində mühüm yer alan vətəndaş məmnunluğunun təmin edilməsində ilk addım məhz “ASAN xidmət” modelinin yaradılması oldu. Bu model qısa müddətdə nəinki Azərbaycanda özünü doğrultdu, hətta bəzi dövlətlər üçün də yeni təcrübə oldu.

Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onların sosial problemlərinin həlli ilə bağlı davamlı təşəbbüslərlə çıxış edən və əməli fəaliyyətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcı oldu.

“ASAN xidmət vətəndaşların bu və ya digər formada hər hansı xidmətdən istifadəsini ehtiva edirsə, DOST layihəsi birbaşa Azərbaycan vətəndaşının sosial xidmətlərlə bağlı təminatını özündə birləşdirir. Bu layihə ölkənin sosial idarəetmə sisteminin vahid platformasına çevrilməkdədir.”

“2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulması da, bu platformanın sosial sahə üzrə əsas xidmət mexanizmi olacağını təsdiqləyir” deyən QHT sədri əlavə edib ki, innovativ yanaşma, çevik idarəetmə, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipi DOST Agentliyinin iş prinsipinin əsas seqmentləridir.”

C. Hüseynzadə diqqətə çatdırıb ki, DOST ideyasının reallaşmasın həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də gənc və yeni komanda olaraq ümidləri doğrultdu. Nazirlik bu mexanizmləri inkişaf etdirməklə, eyni zamanda öz üzərində ictimai nəzarətin təmin olunması və qiymətləndirmə indikatorlarını da müəyyən etmiş oldu.

“Bildiyimiz kimi, DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Bu layihə ölkə əhalisinin böyük hissəsini əhatə etməklə yanaşı, eyni zamanda həssas sosial qruplara da ünvanlanmışdır. Bu baxımdan sosial sahədə idarəetmə sisteminin yeni çağırışlara cavab verməsi vacib şərtdir. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 96 faiz təşkil etməsini DOST ideyasının vacibliyin və xidmətlərin yüksək səviyyədə həyata keçirilməsin göstərən əsas amil kimi qeyd edə bilərik” – deyə Cəsarət Hüseynzadə vurğulayıb.

QHT rəhbəri “Gənc DOST”, ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramlarına da diqqəti çəkərək, DOST agentliyinin təkcə əhaliyə xidmət sahəsi ilə məhdudlaşmamasını, eyni zamanda cəmiyyətimizin inkişafı naminə korporativ sosial məsuliyyət üzrə çağırışlar etdiyini də bildirib.

Agentliyin artıq təqdim edilən dost.gov.az saytı da ekspertlər tərəfindən geniş, əhatəli və funksional baza kimi qiymətləndirilir. Bəzi elektron xidmətləri sayta inteqrasiya etməklə imkanları daha da artırmaq olar – deyə Cəsarət Hüseynzadə qeyd edib.

Pandemiya ilə bağlı sosial fəaliyyətlərə toxunan təşkilat sədri deyib: “Əlbəttə ki, ölkəmizdə COVİD 19 Pandemiyasının ilk mərhələsində digər sahələrdə olduğu kimi, sosial sahədə də ölkə vətəndaşların problemlərinin həlli istiqamətində gərgin və çevik fəaliyyətlər həyata keçirildi. Pandemiya dövründə həyata keçirilən tədbirlər ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdi.”

İş yerləri, əmək haqlarının qorunması, Davamlı sosial ödənişlərin edilməsi, Ünvanlı sosial yardım, Birdəfəlik ödəmə proqramı, Ödənişli ictimai işləri, Özünə məşğulluq proqramı, İşsizlikdən sığorta, Ərzaq yardımı təminatı və digər proqramlar birbaşa ölkə başçısının diqqətində olmuş və müvafiq dövlət qurumları tərəfindən həyata keçirilmişdir.

“Hesab edirəm ki, Pandemiya dövründə görülən bütün fəaliyyətləri uğurlu və müsbət hesab edilməlidir. Bu uğurlu fəaliyyətləri Prezident İlham Əliyev tərəfindən aparılan köklü islahatlar fonunda qiymətləndirmək vacibdir. Bu islahatlar çərçivəsində idarəetməyə yeni kadrlar cəlb edilib və yeni hökumət daha çevik fəaliyyət göstərməklə ölkə başçısının tapşırıqlarını uğurla həyata keçirir” – deyə Cəsarət Hüseynzadə əlavə edib.




Baxış sayı: 893
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031