“REACT-C19” heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub.
APA-nın məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, iki həftə müddətində heyət Bakıda 4 xəstəxanada işləri yekunlaşdırdıqdan sonra Gəncə, Ağdaş, Goranboy və Şəmkirdəki xəstəxanalarda olub, fəaliyyət planı hazırlayıb tövsiyələr veriblər: “Bu tədbirlər infeksiyanın tibb işçilərinə, ailələrə yayılmasının minimuma endirilməsi üçündür. Bu müddətdə 400-dən çox tibb işçisi təlimlərdə iştirak edib. Yerli həkimlərlə ağır xəstələrin müalicəsi üçün təcrübələrini bölüşüblər. Bundan sonra da onlayn platformalar üzərindən tövsiyə və konsultasiyaların davam etməsi gözlənilir. Pandemiya ilə mübarizədə yolumuz uzundur. Bundan sonra da mübarizəyə dəstək verməyə davam edəcəyik”.
Baxış sayı: 957
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

