Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsindən növbəti təqdimat görkəmli xanəndə Zülfi Adıgözəlova həsr olunub.
Müxtəlif layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi də bu silsilədəndir. Layihənin koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan sənətkarlar haqqında söz açırlar, xanəndələrin arxivdə qorunan səs yazıları izləyicilərə təqdim olunur. Şifahi ənənəli professional musiqimizin tarixində XX əsrin görkəmli xanəndəsi ,təsnif və xalq mahnılarımızın mahir ifaçısı və təbliğatçısı Zülfi Adıgözəlovun həyat və yaradıcılığını professor Nailə Rəhimbəyli təhlil edib.
Qeyd edək ki, karantin rejimi təyin ediləndən və kütləvi tədbirlər təxirə salınan ilk günlərdən onlayn layihələrə start verən BMM-nin sözügüdən layihəsi çərçivəsində bugünə kimi Keçəçioğlu Məhəmməd, Azərbaycan tarının atası adlandırılan Sadıqcan və muğam sənətimizin xanı- Xan Şuşinskinin yaradıcılığından söz açılıb, xanəndələrin ifalarından nümunələr təqdim olunub. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır.
Diqqətə çatdırmaq istərdik ki, BMM-nin foyesində büstü qoyulan görkəmli muğam ustadları ilə bağlı mühazirələr davamlı olacaq.
Baxış sayı: 996
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

