Mayın 18-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib. Görüşdə, həmçinin Fransa və ABŞ-dan olan həmsədrlərin köməkçiləri iştirak ediblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər. Tərəflər pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.
Baxış sayı: 833
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

