FACT-INFO.AZ » SİYASƏT » Elçin Əhmədov: Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq aləmdə təqdir edilir
17-05-2020, 10:30 | SİYASƏT
Elçin Əhmədov: Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq aləmdə təqdir edilir

Azərbaycan Prezidenti İlham Əliyev dünyada baş verən hadisələrlə bağlı da qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bunun davamı olaraq dövlət başçısının təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub iki dövlət arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yeni inkişaf mərhələsinə keçdiyinin göstəricisi kimi dəyərləndirilir. Donald Trampın məktubunda da koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olduğu vurğulanır. Eyni zamanda, məktubda vurğulanır ki, Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək, həmçinin iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Həmçinin Donald Tramp ABŞ-ın regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək ATƏT-in Minsk qrupunun həmsədri kimi bu vasitəçilik prosesində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfransda xüsusi qeyd edildi ki, dövlət başçısının təşəbbüsləri təkcə regionda deyil, dünya miqyasında da yüksək dəyərləndirilir. CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer bu təşəbbüsləri yaxşı və xoş təəssürat bağışlayan hal kimi dəyərləndirdi. O, bu işlərə rəhbərlik etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi: “COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz”. Bununla yanaşı, xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan Prezidenti kimi liderin texnologiyaya belə açıq olması, eyni zamanda, onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır və dövlət başçısı İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında da texnologiyaya dəstək verən liderlərdəndir.

CISCO şirkətinin vitse-prezidenti Qay Ditrix isə Azərbaycanda icra olunan birgə layihələrin çox gözəl nəticələr verdiyini bildirdi. O, Azərbaycanın müvafiq strukturları ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi və əlaqələrin təcrübə qazanmaq baxımından əhəmiyyətini vurğuladı.

Prezidenti İlham Əliyev 2020-ci ilin yanvarında Dünya İqtisadi Forumunda iştirakı zamanı çıxışında qeyd edib ki, XXI əsrdə XX əsrin baxışı ilə uğur qazanmaq olmaz. Eyni zamanda, ölkəmizdə həyata keçirilən struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı dövlətləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir.

Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları və beynəlxalq qurumların rəhbərləri Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşır və yüksək qiymətləndirirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov




Baxış sayı: 1 402
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031