FACT-INFO.AZ » XƏBƏR » Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi 1000 aztəminatlı ailəyə dəstək göstərib
16-05-2020, 07:50 | XƏBƏR
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi 1000 aztəminatlı ailəyə dəstək göstərib

Dünyanı bürüyən COVID-19 pandemiyası bütün ölkələr, o cümlədən vətəndaş cəmiyyətləri üçün sınaq mərhələsi oldu. Hazırda ayrı-ayrı qeyri-hökumət təşkilatları koronavirus pandemiyası çərçivəsində sosial təcrid dönəmində aztəminatlı və həssas əhali qruplarına dayaq olmaq məqsədilə müxtəlif xeyriyyə aksiyaları həyata keçirirlər.

Trend-in məlumatına görə, son bir ay ərzində ardıcıl və sistemli şəkildə aztəminatlı ailələrə yardım kampaniyasını həyata keçirən təşkilatlardan biri də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzidir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, Gürcüstanda fövqəladə vəziyyət elan olundqdan sonra martın 23-dən etibarən ölkənin ərazisində ilk dəfə yalnız Marneuli və Bolnisi bölgəsində ciddi karantin rejimi tətbiq edildi.

GAİM yaranmış mövcud vəziyyətdə ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə), Telavi (100 ailə), Saqareco (100 ailə), Laqodexi (100 ailə), Dmanisi (100 ailə), Qardabani rayonlarında (100 ailə), Rustavi şəhərində (100 ailə) yaşayan və müvəqqəti çətinliklə üzləşmiş aztəminatlı ailələrə yardım göstərib. Dəstək aksiyalarının keçirilməsi ilə bağlı rəsmi məktublarla Marneuli, Bolnisi, Telavi, Saqareco Laqodexi, Rustavi, Qardabani və Dmanisi merlərinə müraciət olunub. Daha sonra hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz və çay daxil olan bağlamalar ünvanlarına çatdırılması üçün həmin meriyaların nümayəndələrinə təhvil verilib.

Bolnisi rayonunun meri Davit Şerazadaşvili, Laqodexi bələdiyyəsinin sədri K.Camburiya və Saqareco meriyası öz facebook səhifələri üzərindən xeyriyyə aksiyaları təşkil etdiyinə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkürünü bildirib.

Bolnisi meri Davit Şerazadaşvilinin təşəkkür statusunda deyilir:

"Xeyriyyə aksiyasına başqa bir qeyri-hökumət təşkilatı da qatıldı. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi vətəndaşlarımız üçün bizə 150 ərzaq paketi təqdim etdi. Ərzaq paketi Kvemo Bolnisi, Parizi və Zvaretidə yaşayan həssas ailələrə paylandı. Xeyriyyəçilik fəaliyyətinə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Qeyri-hökumət sektorunun dəstəyi karantin vəziyyətində bizim üçün xüsusilə vacibdir. Düşünürəm ki, ortaq səylər və buna bənzər yüksək sosial məsuliyyətlə koronavirus pandemiyasına ən qısa müddətdə qalib gələ biləcəyik".

Laqodexi bələdiyyəsinin sədri K.Camburiya isə qeyd edib ki, yaranmış mövcud vəziyyətdə qeyri-hökumət sektorunun dəstəyi xüsusilə vacibdir: "Yüksək sosial məsuliyyətə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Birgə səylərimizlə koronavirus pandemiyasının öhdəsindən ən qısa müddətdə gələcəyik".

Saqareco meriyasının təşəkkür məktubunda deyilir:

"Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Saqareco meriyasına 100 aztəminatlı ailə üçün ərzaq paketlərini təhvil verdi. Sosial Yardım Proqramı çərçivəsində Saqareco bələdiyyəsi tərəfindən ilkin mərhələdə artıq 1500 ailəyə, o cümlədən özəl sektorun dəstəyi ilə 130 aztəminatlı ailəyə ərzaq yardımı edilmişdir. Saqareco meriyası koronavirusla mübarizədə yüksək sosial məsuliyyət daşıyan təşkilatlara və iş adamlarına təşəkkür edir".

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.




Baxış sayı: 1 079
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031