“Ermənistan respublikasının təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi ilə bağlı araşdırmalar aparırıq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.
“Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan, o cümlədən Xocalı soyqırımını törədən şəxslərin beynəlxalq səviyyədə məhkəməyə cəlb edilməsi məsələsini araşdırırıq”, - deyə icma sədri bildirib.
Onun sözlərinə görə, yeni növ koronavirus pandemiyasına baxmayaraq, Ermənistan və onun əl altısı olan qanunsuz rejim atəşkəs rejimini pozaraq təxribat xarakterli hərəkətlərini davam etdirir.
Dağlıq Qarabağda keçirilmiş qanunsuz “seçkilər”ə diqqət çəkən T. Gəncəliyev qeyd edib ki, Ermənistan və onun əl altısı olan qanunsuz rejim insan həyatının onlar üçün nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdiriblər.
O vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dialoq çağırışlarına erməni icması müsbət reaksiya verməyib.
Baxış sayı: 1 094
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

