FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb
13-05-2020, 20:20 | SİYASƏT
Prezident İlham Əliyev: Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb

Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Azərbaycan Prezidenti qeyd edib:

"Siz bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilirsiniz. Bu, sizə göstərilən böyük etimaddır. Siz bu etimadı doğrultmalısınız. Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin təyinatınız, eyni zamanda, onu göstərir ki, gənclərə bu gün çox böyük imkanlar yaradılır, onların fəaliyyəti üçün bütün şərait yaradılıbdır və gənclər məsul vəzifələrə təyin edilirlər.

Son vaxtlar, xüsusilə bu sahədə daha ciddi addımlar atılır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Hesab edirəm ki, bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar.

Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Bu il mənim Sərəncamımla “Könüllülər ili” elan edilmişdir. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Könüllülər hərəkatı ASAN könüllülərdən başlamışdır. Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər. Siz də icra hakimiyyəti başçısı kimi bu məsələyə diqqət yetirin ki, həm ictimai nəzarət baxımından işlər daha yaxşı getsin, həm ictimai fəallıq artsın və bu gün insanları narahat edən məsələlər öz həllini tapsın. Buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə, mərkəzi və yerli icra orqanları səmərəli fəaliyyət göstərməlidirlər, eyni zamanda, ictimai nəzarət yüksək səviyyədə olmalıdır. Ona görə sizin təyinatınız həm sizə göstərilən etimaddır, eyni zamanda, gənclərə göstərilən diqqətdir. Bir daha demək istəyirəm ki, siz bu yüksək etimadı öz işinizlə doğrultmalısınız.

Kəlbəcər Azərbaycanın ən gözəl diyarlarından biridir. Kəlbəcərin füsunkar təbiəti, gözəl meşələri, dağları, çayları, tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Əfsuslar olsun, erməni vandalları tərəfindən Kəlbəcərdə və işğal edilmiş digər torpaqlarda yerləşən tarixi abidələrimizin mütləq əksəriyyəti, demək olar ki, hamısı dağıdılıb, yaxud da yarıdağılmış vəziyyətdədir. O cümlədən Kəlbəcər rayonunun ərazisində Azərbaycan xalqına məxsus qədim tarixi abidələr dağıdılıbdır. Amma gün gələcək biz işğal edilmiş bütün torpaqlarda hazırda dağılmış vəziyyətdə olan bütün abidələri, bütün infrastrukturu bərpa edəcəyik. Azərbaycan öz suverenliyini bərpa edəcəkdir və bunu deməyə əsas verən bir çox amillər var. O cümlədən bizim beynəlxalq mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi bütövlüyünün bütün dünya tərəfindən qəbul edilməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə edilir. O cümlədən bu yaxınlarda separatçılar tərəfindən keçirilmiş qondarma seçkilərin dünya birliyi tərəfindən tanınmaması və aparıcı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı yekdil fikri bir daha bizim mövqeyimizi gücləndirmişdir və separatçılara, onların havadarlarına, işğalçı Ermənistana vurulan növbəti zərbə olmuşdur. Bununla bərabər, əminəm ki, bizim artan iqtisadi potensialımız, hərbi gücümüz və bölgədə artan nüfuzumuz - bütün bu amillər Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunmasına gətirib çıxaracaqdır. Hər bir Azərbaycan vətəndaşı öz işi ilə bu günü yaxınlaşdırmalıdır və bu istiqamətdə çox fəal iş aparılır".




Baxış sayı: 858
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031