FACT-INFO.AZ » XƏBƏR » Anar Məmmədov: Vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməlidirlər
11-05-2020, 10:10 | XƏBƏR
Anar Məmmədov: Vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməlidirlər

Son günlərdə ayrı-ayrı dünya ölkələrində XXI əsrin bəlasına çevrilən koronavirus ( COVID-19 ) infeksiyasının müxtəlif mərhələlərdə səngiməsinin və sonra yenidən baş qaldırmasının şahidi oluruq. İlk gündən virusun yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülüb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanan maarifləndirmə işləri davam etdirilib. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addımlar atmasının göstəriciləri kimi tarixə düşdü.

Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu. Lakin əfsuslar olsun ki, aprel ayının 27-dən etibarən ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq koronavirus infeksiyasına yoluxma halları günbəgün artır. Bəzi vətəndaşlarda sanki bir növ arxayınlıq yaranıb, karantin rejiminin qaydalarına əməl etmək istəmirlər. Ancaq biz heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik. Çünki bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub.

Bakıda yeni modul tipli xəstəxananın açılışında cənab Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır. Ölkədə koronavirusun yayılmasına qarşı əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilk növbədə vətəndaşların təhlükəsizliyinə xidmət edir. Ölkə başçısının da qeyd etdiyi kimi, əgər vəziyyət mənfi istiqamətə gedərsə, yenidən qərarların sərtləşdirilməsi mümkündür. Buna görə də görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər birimizin üzərinə vətəndaşlıq məsuliyyəti düşür. Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin. Hər kəs belə bir çətin vəziyyətdə qəbul olunan qaydalara, verilən tövsiyələrə ciddi riayət etməli, məsələyə həssas yanaşılmalıdır.

Bütün dünyada koronavirus epidemiyasının tüğyan etdiyi indiki məqamda bir şəxsin məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Virusdan qorunmağın çıxış yolu, müəyyən zaman ərzində evdə qalmaq, zərurət olmadıqda bayıra çıxmamaqdır, buna görə də pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərərək, özünütəcrid kimi çox vacib bir tələbə riayət etməliyik. Bu günə olan məlumata görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 837 nəfərdir. Yoluxma sayı sağalma sayından yüksək olaraq qalmaqdadır. Təbii ki belə olduğu təqdirdə yeni qabaqlayıcı addımlar atılması və karantin rejiminin uzadılması və ya sərtləşməsi zəruri hal alır. Mən bütün vətəndaşlara səslənirəm ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarını ardıcıllıqla yerinə yetirməlidir. Bu səbəbdən də hər biriniz məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməklə həm özünüzü, həm də yaxınlarınızı xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalısınız.

Anar Məmmədov

Milli Məclisin deputatı




Baxış sayı: 1 096
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031