Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə İşçi Qrup yaradılıb. Bu İşçi Qrupunun qarşısında bir neçə vəzifə var. Birinci vəzifə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısının keçirilməsidir.
Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
PA rəsmisi bildirib ki, artıq səhiyyə sahəsində əməkdaşlığa, müxtəlif tibbi protokol və alqoritmlərin bölüşülməsinə, təcrübə mübadiləsinə ehtiyyac vardı:
"Qarşıdan gələn dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərkib hissəsi olaraq, Dünya Səhiyyə Assambleyası baş tutacaq. O çərçivədə Prezident İlham Əliyevin tapşırığından irəli gələrək, Azərbaycan aidiyyatı üzrə səhiyyə nazirlərinin toplantısını keçirəcək. Bu istiqamətdə real işlər gedir, Qoşulmama Hərəkatı daxilində prosedurlardan çıxış edərək, dövlətlərlə razılaşdırılır".
Baxış sayı: 845
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

