Aylardır dünyanı başına götürən yeni növ koronavirus infeksiyası bütün dövlətləri əhatə etməklə 200 mindən artıq insanın ölümü ilə nəticələnib. Lakin Sizin atdığınız qətiyyətli və çevik addımlar, əhalimizin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyiniz mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır. Cənab Ali Baş Komandan !
Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Allah dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ulu öndərin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır – “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu gün mən azərbaycanlı olmaqla yanaşı fəxarət hissi keçirdirəm ki, Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin. Qədirbilən Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir. Uca Allah Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Musa Həsənli Azərbaycan - Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Azərbaycan Respublikası, Bakı şəhəri
Baxış sayı: 949
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

