Koronavirus (Covid-19) pandemiyasının ölkəmizdə yayıldığı ilk günlərdən etibarən qeyri-hökumət təşkilatları virusla mübarizə sahəsində dövlətimizin apardığı siyasətə dəstək olmaq məqsədilə müxtəlif faəliyyətlər həyata keçirirlər. Tətbiq olunan xüsusi karantin rejimində ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları ilə yanaşı QHT-lər də fəal iştirak edir.
Beləki 3 qeyri-hökumət təşkilatı - “Vətəndaşların Sosial Rifahı Naminə”, “Əlil Qadınlar Cəmiyyəti” və “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birlikləri birləşərək yaşı 65-dən çox olan tənha ahıllara, aztəminatlı, çoxuşaqlı ailələrə, ümumilikdə çətin həyat şəraitində yaşayan şəxslərə ərzaq yardımı edir, virusdan qorunmaq üçün tibbi ləvazimatlar və maarifləndirici bukletlər paylayırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə həyata keçirilən bu kampaniya ərzində bu günə qədər 300-dən çox ailəyə dəstək göstərilib. Bundan əlavə, kampaniya çərçivəsində ahıllara, əlilliyi olan şəxslərə sosial xidmətlər göstərilir, eyni zamanda əhali arasında müvafiq qərarlara əməl olunmasına dair monitorinqlər aparılır.
Fact-info.az
Baxış sayı: 1 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

