Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.
Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilən siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırolma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib. İkinci mərhələdə siqnala əsasən sualtı diversiya əleyhinə qüvvələrin əməliyyat rayonlarında açılması və sualtı diversiya əleyhinə müdafiə tapşırıqları, həmçinin neft-qaz infrastrukturunun mühafizəsi əməliyyatları yerinə yetirilib. Üçüncü mərhələdə döyüş atışları icra olunduqdan sonra gəmilər dislokasiya məntəqələrinə qayıdıb.
Təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.
Baxış sayı: 1 011
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

