FACT-INFO.AZ » SİYASƏT » Koronavirusun Dağlıq Qarabağ məsələsinə mümkün təsirləri haqqında
30-04-2020, 09:20 | SİYASƏT
Koronavirusun Dağlıq Qarabağ məsələsinə mümkün təsirləri haqqında

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illərdir davam edən danışıqlar indiyədək hər hansı nəticə verməyib. Hazırda koronavirus pandemiyası üzündən bütün dünyanı bürüyən iqtisadi və sosial böhran vəziyyətində Ermənistan bu məsələyə əvvəlki kimi diqqət ayırmaqda çətinlik çəkəcək.

“Report” xəbər verir ki, bu barədə “AIR Center” araşdırmalar mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “EurActiv”də dərc olunmuş yazısında bildirilir.

“Lakin Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nda saxta “prezident və parlament seçkiləri”ni təxirə salmağı lazım bilməyib 31 mart tarixində keçirdi. Bu qondarma rejimi “qanuniləşdirmək”, yeni adamları iş başına gətirmək, həmçinin burada “demokratiya” görüntüsü” yaratmaq xətrinə Ermənistan bütün sağlam mülahizələri bir kənara ataraq həmin tədbirin təyin olduğu vaxtda keçirilməsini dəstəklədi.

Buna baxmayaraq, “seçkilər”i təşkil edənlər hər hansı beynəlxalq dəstək almadılar. ATƏT, Aİ, NATO, İƏT, GUAM, Türk PA kimi bir sıra beynəlxalq təşkilatlar, bir çox dövlətlər yaydıqları bəyanatlarda bu “seçkilər”in hüquqi əsaslarını tanımadıqlarını açıqladılar. Yəni həmin “seçkilər” beynəlxalq hüququn BMT Nizamnaməsi, Helsinki Yekun Aktı kimi sənədlərdə təsbit olunmuş təməl prinsiplərinə zidd və qanuni qüvvəsi olmayan tədbir olaraq səciyyələndirildi.

Beləliklə, beynəlxalq birlik Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam olaraq tanıyır və dəstəkləyir, işğal olunmuş ərazisində bu “seçkilər”in keçirilməsini də qətiyyətlə pisləyir”, - məqalədə qeyd olunur.

Müəllifin fikrincə, hazırkı koronavirus pandemiyası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də müəyyən dərəcədə təsir edir:

“Birincisi, COVID-19-un yayılmasına qarşı dövlətlər tərəfindən görülən müxtəlif qabaqlayıcı tədbirlər ATƏT-in Minsk qrupunun himayəsində keçirilən görüşlərə maneçilik törədə, bununla da danışıqlar prosesində fasilələr yarana bilər. İkincisi, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu mütəmadi olaraq keçirilən monitorinqlər də koronavirus pandemiyası üzündən dayandırılıb. Ona görə də atəşkəs rejiminə əməl etməyə nəzarət tərəflərin özlərinin üzərindədir”.

Yazıda BMT-nin baş katibi Antonio Quterreşin bu ayın əvvəlindəki “Dünya boyu atəşkəs” müraciətinin də əhəmiyyətli olduğu bildirilir: “Bu virusun dövlət sərhədləri, milli və dini mənsubiyyət tanımadığını vurğulayan BMT baş katibi bütün dünyada silahlı münaqişələri dondurulmaqla dərhal ümumdünya atəşkəsə çağırıb. Lakin buna baxmayaraq, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın Qazax rayonundakı cəbhə xəttinin yaxınlığında dinc sakinləri atəşə tutmağa davam edir. Nəhayət, koronavirus pandemiyası ilə bağlı xarici və daxili dəyişikliklər də münaqişə tərəflərinin mövqelərinə yenidən nəzər salmasına rəvac verə, nəticədə mövcud status-kvo ağrılı dalana dirənə bilər”.




Baxış sayı: 1 324
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031