Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilmidir. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan dayandırılıb.Bu, Koronavirusla mübarizədə ölkəmiz üçün yeni və daha məsuliyyətli bir mərhələdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini verməkdədir. “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyi də Koronavirusla mübarizəyə dəstək vermək məqsədilə bu istiqamətdə uşaqlar arasında müsabiqə elan edib. Müsabiqə çərçivəsində valideynlər uşaqların səsləndirilməsi ilə “Evde qal” şüarını dilə gətirərək çəkilmiş olan kiçik video-rolikləri təşkilata onlayn formatda təqdim etməlidir.
Müsabiqə karantin bitənəcən davam edəcək. Baxış sayı çox olan video sonunda mobil telefon hədiyyə qazanacaq. Müsabiqəyə qatılmaq istəyənlər videolarinizi gözləyirik.
Baxış sayı: 1 167
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

