Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, dünyanı cənginə alan COVİD-19 virusundan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm. Sizin ölkəmiz üçün atdığınız hər addımınızı alqışlayıram. İnanıram ki, sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq.
Cənab Ali Baş Komandan !
Azərbaycan Respublikasının Milli Qəhrəmanı kimi Sizi əmin etmək istəyirəm ki, yenidən Sizin əmrinizlə silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya xalqımızın və dövlətimizin rifahı naminə şərəfli fəaliyyətinizdə möhkəm can sağlığı arzu edir, yeni-yeni nailiyyətlər diləyirəm.
Uca Tanrı Sizi və xalqımızı qorusun!
Dərin hörmətlə,
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev
Baxış sayı: 1 181
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

