FACT-INFO.AZ » XƏBƏR » İtaliya mediası Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərindən yazıb
23-04-2020, 08:30 | XƏBƏR
İtaliya mediası Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərindən yazıb

İtaliyanın “Scenari Internazionali” onlayn jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə “İtaliya ilə həmrəyik, böhrandan sonra strateji tərəfdaşlığımızı gücləndirəcəyik” sərlövhəli geniş müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibənin əvvəlində jurnalın redaksiya heyəti nəşrin müxtəlif ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizədə təcrübəsinin İtaliya ictimaiyyətinə təqdim edilməsinə başladığını bildirib. Qeyd edilib ki, bu xüsusda, ilk olaraq Çinin İtaliyadakı səfiri ilə müsahibə dərc olunub. Vurğulanıb ki, Avropa ilə müqayisədə virusun daha az yayıldığı Azərbaycanda pandemiyaya qarşı mübarizə və iqtisadi sabitliyin təmin edilməsi üçün atılan addımların maraqlı olduğunu nəzərə alaraq, redaksiya ikinci müsahibəni Azərbaycanın İtaliyadakı səfirindən almaq qərarına gəlib.

Müsahibədə səfir Məmməd Əhmədzadə Azərbaycanda COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən tədbirlər, tətbiq edilən xüsusi karantin rejimi, mövcud olan müasir səhiyyə infrastrukturu, yenicə istifadəyə verilmiş tibb mərkəzləri, bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Diplomat hazırkı şəraitdə Azərbaycanda iqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın təmin olunması, məşğulluq məsələlərinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün hökumət tərəfindən atılan addımlar barədə danışıb.

Mövcud şəraitdə səfirliyin fəaliyyəti barədə də məlumat verən diplomat İtaliyadakı vətəndaşlarımızla təmasların daha operativ şəkildə təmin olunması üçün yaradılmış “qaynar xətt”, eləcə də onların Azərbaycana təxliyəsinin təşkili istiqamətində aparılan işlərdən bəhs edib.

Azərbaycan-İtaliya strateji tərəfdaşlığından danışan M.Əhmədzadə fevral ayında Prezident İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin, səfər vaxtı aparılmış müzakirələrin, keçirilmiş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə çatdırdığını, eləcə də münasibətlərdə yeni əməkdaşlıq sahələri üzrə daha geniş perspektivlər açdığını bildirib. Diplomat bu güclü bünövrəyə əsaslanaraq post-pandemiya dövründə strateji tərəfdaşlığın daha da gücləndiriləcəyinə tam inamını ifadə edib.

Bu mürəkkəb dövrdə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəylik və yaxınlıq nümayiş etdirdiyini deyən səfir bu xüsusda ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən Bakı Media Mərkəzinin hazırladığı dəstək videoçarxı və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb, bu tədbirlərin İtaliya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, mətbuatın və sosial şəbəkələrin böyük diqqətində olduğunu bildirib.

Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.scenari-internazionali.com/azerbaigian-ambasciatore-ahmadzada-solidali-con-litalia-dopo-la-crisi-potremo-elevare-partenariato-strategico/




Baxış sayı: 749
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031