FACT-INFO.AZ » XƏBƏR » Şuranın dəstəyilə təşkil olunan onlayn rəsm müsabiqəsi davam edir
22-04-2020, 08:40 | XƏBƏR
Şuranın dəstəyilə təşkil olunan onlayn rəsm müsabiqəsi davam edir

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Evdə qal, cəmiyyəti qoru” adlı onlayn rəsm müsabiqəsini davam etdirir.

Layihənin məqsədi insanların karantin dövründə evdə qaldıqları müddəti daha maraqlı etmək və onlara az da olsa bu kimi müsabiqələrə qoşmaqla vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulub. Layihənin ilk mərhələsi rəsmlərin qəbulu və könüllü ekspertlər təyin olunması idi.

Layihəyə 6 könüllü ekspert (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Disertantı, Fəxri Mədəniyyət işçisi Nəsibə Şükürova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova, İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyinin sədri Ziba Nəbiyeva, Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri Büllur Məmmədova, "Gələcəyə Baxış”Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova, "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova) qoşularaq emal ünvana göndərilən rəsmlərə öz qiymətlərini verəcək. Rəsmlərin qəbulu 11 may 2020-ci il tarixində sona çatacaq.

İştirak etmək istəyən şəxlər çəkdikləri rəsmlərin şəklini və şəxsi məlumatlarını 11 may 2020-ci il tarixinədək elli.az@mail.ru ünvanına yollamaları xahiş olunur. Müsabiqədə iştirak edənlər arasında yaş kateqoriyası nəzərdə tutulmayıb.

Müsabiqəyə həm foto həm də əllə çəkilmiş rəsm əsəri təqdim oluna bilər.Rəsmlər #evqəqalcəmiyyətiqoru həştağı ilə təqdim olunmalıdır. Müsabiqədə 3 yer nəzərdə tutulmuşdur. Qaliblər hədiyyələrlə təltif olunacaqlar. Müsabiqə 11 aprel 2020-ci il tarixindən- 11 may 2020-ci il tarixinə qədər davam edəcək. Rəsmlər sosialmedia.az saytında işiqlandırılacaq.




Baxış sayı: 1 042
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031