Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.
Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.
Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.
Baxış sayı: 818
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan

