FACT-INFO.AZ » SİYASƏT » Dövlətimizin başçısı çətin şəraitdə də vətəndaşının yanında olduğunu sübut etdi
21-04-2020, 09:00 | SİYASƏT
Dövlətimizin başçısı çətin şəraitdə də vətəndaşının yanında olduğunu sübut etdi

Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan müstəqil siyasət yürüdərək öz gücünü nümayiş etdirir. Dünya dövlətlərinin COVID-19 pandemiyası ilə mübarizəsi fonunda biz bunun bir daha şahidi olduq. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı üç istiqamətdə irəli sürdüyü mübarizə strategiyası öz müsbət nəticəsini verdi və ölkəmiz bu kontekstdə birincilərdən olmağı bacardı. Dövlətimizin başçısı bu çətin şəraitdə vətəndaşının yanında olduğunu əyani şəkildə sübut etdi və seçim məqamında məhz ona üstünlük verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, siyasi ekspert Elxan Ələsgərov deyib.

Məhz dövlətimizin başçısının uzaqgörənliyi və qabaqlayıcı tədbirlər görməsi nəticəsində ölkəmizdə vəziyyətin sabitliyinin qorunduğunu bildirən politoloq deyib: “Azərbaycan Prezidentinin mübarizə strategiyasında əhalinin həyatı və sağlamlığının qorunması və sosial müdafiəsinin təmin olunması, eləcə də iqtisadi fəallığın inkişaf etdirilməsi ana xətt olaraq müəyyən edilib. Məhz bu strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacardı və hazırda vəziyyətə nəzarət olunur. Fikirləşəndə ki, dünyanın inkişaf etmiş və əhalisi bizdən milyonlarla artıq olan qabaqcıl ölkələrdə vəziyyət nəzarətdən çıxıb, artıq şərhə ehtiyac yoxdur. Bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildi və qurumun baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində ölkəmizin təcrübəsini başqa ölkələrə nümunə göstərdi”.

Sosial sahənin dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran siyasi ekspert Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. Bildirib ki, dövlətimiz hər zaman olduğu kimi, dünyanın bəlasına çevrilən koronavirus pandemiyası dövründə də insanların həyat şəraitinin təmin edilməsini, onların güzəranının yaxşılaşdırılmasını diqqətdə saxlayır. Dövlətin dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığını təmin edilməsi mərhələli şəkildə həyata keçirilir.

E.Ələsgərov bildirib ki, Prezident İlham Əliyev aprelin 14-də videokonfrans şəkildə keçirilən iqtisadi müşavirədə, eləcə də İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin rəhbərləri ilə onlayn görüşündə pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı göstəriş və tapşırıqlarını verdi. Məhz Prezidentin qərarı ilə işsiz insanlara müavinətin ödənilməsi artıq 200 min deyil, 600 min nəfəri əhatə edəcək. Politoloq dövlətimizin pandemiya dövründə təsdiq etdiyi paketlərdən sahibkarlıq subyektləri və fərdi sahibkarların yararlanacağını diqqətə çatdırıb.

“Azərbaycan dövləti sosial paket layihəsi çərçivəsində ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsinə mühüm əhəmiyyət verir. Belə ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün işlər görülür. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Bundan başqa, həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi işi də diqqətdə saxlanılır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişlər 2,3 milyon nəfəri əhatə edir. Bütün bu deyilənlər sosial sahədə çalışan vətəndaşlarımızın rifahına hesablanıb və dövlətin bu mənada qayğısının daha bir təzahürüdür”.




Baxış sayı: 767
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031