FACT-INFO.AZ » XƏBƏR » Səfir ABŞ-dakı Azərbaycan icmasına həmrəylik və dəstək göstərdikləri üçün minnətdarlığını bildirib
20-04-2020, 07:25 | XƏBƏR
Səfir ABŞ-dakı Azərbaycan icmasına həmrəylik və dəstək göstərdikləri üçün minnətdarlığını bildirib

Vaşinqtonda yerləşən və 1996-cı ildən etibarən fəaliyyət göstərən Amerika Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ-da yaşayan Azərbaycan icmasının fəallarının geniş tərkibdə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Səfirliyin aidiyyəti əməkdaşları ilə onlayn formatda görüşü baş tutub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə dünyada koronavirus pandemiyasının yayılması üzrə birinci yerdə olan ABŞ-da virusla bağlı hazırki durum, burada yaşayan həmvətənlərimizin vəziyyəti ətrafında fikir mübadiləsi aparılmış, icma üzvlərindən təkliflərini və fikirlərini təqdim etmək xahiş olunub. Eyni zamanda Azərbaycan vətəndaşlarının daha operativ və səmərəli konsulluq fəaliyyətindən yararlanması, eləcə də vəziyyətlə bağlı məlumatın daha səmərəli çatıdırılmasının təmin edilməsi məqsədilə Səfirliyin konsulluq şöbəsində qeydiyyatdan keçməyin vacibliyi vurğulanıb və icma üzvlərindən bunun ABŞ-da yaşayan digər vətəndaşlarımıza da bir daha çatdırılması tövsiyə edilib.

Virusla bağlı yaranmış vəziyyətlə əlaqədar ABŞ-da çətinliklərlə üzləşən Azərbaycan vətəndaşlarına icma üzvləri və təşkilatları tərəfindən göstərilən dəstəyə görə səfir bir daha dərin və səmimi minnətdarlıq ifadə edib və bununla Azərbaycan xalqının mərhəmət və həmrəylik nümayiş etdirmək ənənəsinə sadiq olduqlarını bildirib. Eləcə də icma üzvləri tərəfindən Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyət xüsusunda ehtiyacı olan şəxslərə və ailələrə dəstək göstərmək təşəbbüsləri yüksək qiymətləndirilib. Əlavə olaraq qeyd edilmişdir ki, hal-hazırda ABŞ-da olan Azərbaycan vətəndaşları, xüsusən burada təhsil alan tələbələr və qısa müddətə ABŞ-a səfərə gəlmiş, lakin sərhədlərin bağlanması səbəbindən Vətənə qayıda bilməyən vətəndaşlar ilə təmas yaratmaq və dəstək verməyə xüsusi diqqət ayrılıb.

Görüşdə icma fəalları öz aralarında müxtəlif şəhərlərdə və ştatlarda birgə təşəbbüslər keçirməklə əlaqədar fikirlərini bölüşərək, təkliflərini irəli sürüblər. Eyni zamanda icma üzvləri tərəfindən xeyriyyəçilik layihələri də müzakirə olunmuşdur. Görüşdə iştirak edən azərbaycanlı həkimlər səhiyyə sahəsində öz tövsiyələrini səsləndiriblər. Görüş zamanı Filadelfiyada yaşayan istedadlı gənc azərbaycanlı skripka ifaçısı Azər Dəmirov iştirakçılar üçün musiqi parçası ifa edib. Amerika Azərbaycan Ticarət Palatasında son zamanlar onlayn formatda keçirilən layihələr, o cümlədən icma üzvlərimizi bir yerə gətirən webinarlar təqdir edilib.

Onlayn görüşdə, həmçinin Azərbaycanda koronavirusla bağlı vəziyyətə dair məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlət səviyyəsində göstərilən səylər, Nazirlər Kabineti yanında yaradılmış Opetariv Qərargahın fəaliyyəti, eləcə də Azərbaycan dövlət qurumlarının atdığı qabaqcıl addımlar və vəziyyətə tam şəffaf yanaşılması xüsusi vurğulanıb, bütün bunların məhz Azərbaycan vətəndaşlarının səhhətinin və təhlükəsizliyinin qorunmasına yönəldiyi bildirilib. Bu dönəmdə hər bir Azərbaycan vətəndaşının məsuliyyətli və təmkinli davranmasının vacib olması diqqətə çatıdırlmış və Azərbaycanın sərhədlərinin açılması və Azərbaycana avianəqliyyatın bərpa olunmasına da məhz bu kontekstdə yanaşılması tövsiyyə edilib.

İcma üzvlərinə Səfirliyin sosial şəbəkələri və burada daimi əsasda yerləşdirilən məlumatlar, o cümlədən Səfirliyin həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərən qaynar xaəttlər barədə məlumat verilib. Eləcə də Amerika Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən və həftəlik əsasda keçirilən konsulluq məsləhətləri ilə bağlı webinarlardan faydalanmaq məsləhət görülüb. Belə ki, 3 aprel tarixindən etibarən hər həftənin Cümə günü Vaşinqton saatı ilə 17:00-də keçirilən webinarlarda Səfirliyin konsulları və aidiyyəti əməkdaşları koronavirus pandemiyası ilə bağlı həmvətənlərimizi məlumatlandırır və onları maraqlandıran sualları cavablandırırlar. Qeyd edək ki, bu görüşlər Facebook şəbəkəsində canlı yayımlanır və onları facebook.com/usacc.org səhifəsindən izləmək mümkündür.




Baxış sayı: 804
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031