FACT-INFO.AZ » SİYASƏT » Müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daim zirvələrə doğru irəliləyəcək
20-04-2020, 07:00 | SİYASƏT
Müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daim zirvələrə doğru irəliləyəcək

Məqalədə xalq və hakimiyyətin birliyinin istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil olduğu bildirilir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Bu birliyi təmin edən əsas və mühüm şərt xalqını arxasınca aparmağı bacaran güclü, müdrik və uzaqgörən liderin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət yürütmək bacarığı olsun, elə bir lider ki, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Sözü ilə əməli üst-üstə düşən belə liderləri tarixə bəxş edən xalq əzəmətlidir, güclüdür, böyükdür. Xalqının sonsuz sevgisini qazanan liderlər isə çox xoşbəxtdir və onlar əbədi olaraq tarixin yaddaşında qalırlar.

Müəllif qeyd edir ki, məsələyə bu kontekstdən yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəldə bilib. Xalqı ona görə liderini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət yürüdür. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. İlham Əliyevin 2018-ci il 11 aprel prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz.

Elman Nəsirov bu həqiqətin bütün dünya dövlətlərini öz əsarətinə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpaqlığı ilə özünü büruzə verdiyini vurğulayır. Diqqətə çatdırır ki, Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.

Müəllif qeyd edir ki, yuxarıda sadalanan hər üç istiqamət üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısına minnətdarlıq edir, qürur duyur, onun qətiyyətinə, peşəkarlığına, uzaqgörənliyinə, humanizminə heyran qaldıqlarını bildirirlər. Bu məktubların leytmotivini təşkil edən əsas ideya odur ki, cənab Prezident öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 17 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir. Dövlətimizin başçısı pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keçirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir. Bu məqsədlə sosial təcrid siyasəti və karantin rejiminin tətbiqi prosesi mərhələli sərtləşmə addımları ilə müşayiət olunur. Bu tədbirlərin ilkin olaraq aprelin 20-dək davam etdirilməsi nəzərdə tutulsa da, real vəziyyətə adekvat olaraq həmin müddətin mayın 4-dək uzadılması qərara alınıb.

Siyasi elmlər doktoru Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı təşəkkür məktublarında pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən ciddi maliyyə dəstəyinin göstərilməsi, təxminən bir milyona yaxın dövlət sektorunda çalışan işçilərin mütləq əksəriyyətinə işləmədikləri halda əməkhaqqının ödənilməsinə görə minnətdarlıq ifadə olunur. İnsanlar işsizlərə birdəfəlik müavinətlərin ödənilməsini alqışlayırlar. İlkin olaraq, 200 min nəfər işsizin hər birinə aprel və may ayları üzrə 190 manat ödənişin verilməsi nəzərdə tutulsa da, onun əhatə dairəsinin 600 min nəfərə çatdırılması, ünvanlı sosial yardımların əvvəlki 70 min deyil, 80 min ailəyə (330 min nəfər) şamil edilməsi, özünüməşğulluq proqramına 12 min ailənin cəlb edilməsi, əhaliyə kommunal və kredit güzəştlərinin həyata keçirilməsi və s. bu qəbildən olan əhəmiyyətli addımlar təqdir olunur, alqışlanır.

Azərbaycan xalqının fəxr etdiyi, qürur duyduğu rəhbəri- Prezident İlham Əliyev da öz növbəsində xalqı əmin edərək bütün imkan, potensial və resurslarımızdan istifadə etməklə bu çətin sınaqdan da şərəflə çıxacağımızı bəyan edir: “Hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldılması istiqamətində də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı ən yüksək səviyyədədir”.

Müəllif vurğulayır ki, həqiqət naminə etiraf etməliyik ki, xalq-prezident birliyi və həmrəyliyi bu çətin və qlobal şəraitdə möhkəmlilik, vəhdət testindən şərəflə çıxdı. Bu, bir daha sübut etdi ki, heç bir daxili və xarici qüvvə bu vəhdəti poza bilməz. Arxasında xalqı dayanan Prezident yenilməzdir. Bu həqiqət Azərbaycana xor baxan, qənim kəsilən, iftira və yalan toxumu səpən istənilən siyasi dairə və onun əlaltıları üçün ibrət dərsi olmalıdır.

Məqalənin sonunda professor Elman Nəsirov təəssüfləndiyini bildirərək diqqətə çatdırır ki, radikal müxalif qruplaşma xalqın sağlamlığı və həyatı, dövlətin təhlükəsizliyi böyük sınaq qarşısında olduğu bir reallıqda yenə də xalqa, dövlətçiliyə dönük çıxdılar və növbəti dəfə özlərini ifşa etdilər. Başqa cür ola da bilməzdi. “Pulu verən mahnını sifariş edir” məntiqi ilə hərəkətə gələn, atdıqları hər bir xəyanətkar addımları ilə xalqdan daha da uzaqlaşan və yalquzaq həyatı yaşamağa məhkum olan bu siyasiləşmiş “məxluq”lar, əslində, tarixin “antiqəhrəman”ları olaraq özlərinin qəbirqazanına çevrilirlər. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan xalq-iqtidar birliyi sayəsində öz layiqli liderinin- Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daim zirvələrə doğru irəliləyəcəkdir.




Baxış sayı: 920
Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir 13-08-2026, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31