FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib
17-02-2016, 21:35 | SİYASƏT
Prezident İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib.

Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də kənd təsərrüfatıdır. Bu sahədə peşəkar kadrların hazırlanmasında, uğurlu layihələrin həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universiteti mühüm yer tutur. İndiyədək bu ali təhsil ocağı Azərbaycan, eləcə də dünya aqrar elmi üçün yüzlərlə alim və mütəxəssis yetişdirib. Bu ali təhsil ocağı həm də ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların mühüm mərkəzi hesab olunur. Azərbaycan dövləti də bu ali təhsil ocağının professor, müəllim və tələbə heyətinə daim diqqətlə yanaşıb, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına, yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə həssaslıqla yanaşır. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının inşası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş bina tələbələrin sosial məsələlərinin həlli baxımından mühüm əhəmiyyətə malikdir. Burada təhsil müddətində tələbələrin yaşaması və dərsdən sonra istirahətləri üçün bütün imkanlar var. Bu ali təhsil ocağının tələbələri də onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onlar istər respublika, istərsə də dünya əhəmiyyətli bilik yarışmalarında ölkəmizi və təhsil aldıqları universiteti layiqincə təmsil edirlər.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsdi. Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib.

Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda kərpiclə üzlənib.

Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi hiss etməyə imkan verəcək. Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib. Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən peşəkar və güclü ordularından birinə çevrilib. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə daha bir mühüm addım atılıb. Gəncə şəhərində hərbi qulluqçular üçün şəhərcik inşa olunub. Bütün lazımi şəraitlə təchiz edilmiş belə müasir şəhərciyin salınması hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ordumuzun qüdrətinin artmasına da mühüm təsir göstərir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.Dövlətimizin başçısına məlumat verildi ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb.
Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və “kombi” istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb. Yaşayış kompleksinə gedən “28 May” prospekti yenidən qurulub, işıq dirəkləri təzələnib.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısı hərbçilərin ailə üzvləri ilə görüşdü.
Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər.
Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

 

 

 

 

 




Baxış sayı: 2 034
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031