FACT-INFO.AZ » XƏBƏR » D.Savelyev: Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir
18-04-2020, 09:00 | XƏBƏR
D.Savelyev: Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir

Pandemiya ilə mübarizədə bu ümumi problemə qarşı birlikdə vuruşan ölkələr qalib gələcəklər.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev söyləyib. O qeyd edib ki, bu gün koronavirusun yayılmasının aşağı səviyyəsi ilə fərqlənən ölkələrdən biri olan Azərbaycan bütün dünya iqtisadiyyatı üçün bu mürəkkəb dövrdə əhaliyə sosial dəstəyin müstəsna yüksək dərəcəsini təmin edir.

Deputat xatırladıb ki, artıq 150 ölkə maliyyə köməyi almaq üçün beynəlxalq kredit təşkilatlarına müraciət ediblər və onların arasında Azərbaycan yoxdur. Eyni zamanda, ölkədə kiçik biznesə və vətəndaşlara ünvanlı yardım göstərilməsi üçün bütövlükdə 2,5 milyard manat ayırmaq planlaşdırılır.

Dmitri Savelyev vəziyyəti şərh edərək deyib: “Təbabətin səviyyəsi və əhalinin sayı Azərbaycandakı müvafiq göstəricilərlə müqayisə edilə bilən dövlətlərdən fərqli olaraq, respublika koronavirusdan itkilər minimal səviyyədədir: ölkədə misli görünməmiş sosial təcrid tədbirləri tətbiq edilib, Sumqayıt kimya sənaye parkında isə operativ surətdə, hər gün 250 minə qədər tibbi maska istehsal edən müəssisə açılıb”.

Rusiya parlamentinin üzvü xatırladıb ki, koronavirus pandemiyası səbəbindən yaranmış ciddi böhran dünya iqtisadiyyatında və bir sıra dövlətlərin geosiyasi əlaqələrində vəziyyətin yenidən qiymətləndirilməsini tələb edəəcək.

Dmitri Savelyev əmindir: “Bu vəziyyətdə yalnız resurslardan ən səmərəli şəkildə istifadə etməyi və dost dövlətlərlə səyləri birləşdirməyi bacaran ölkələr qazanacaqlar. Rusiya ilə Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək, çünki onlar kifayət qədər şaxələndirilib və neftin qiymətindən az asılıdırlar”.

RF Dövlət Dumasının deputatı həmçinin vurğulayıb ki, tarixin bütün mərhələlərində ölkələrimizə xas olan səmimi münasibətlər pandemiya dövründə belə qalıb. Dmitri Savelyev vurğulayıb: “Rusiya və Azərbaycan koronavirusla mübarizədə fəal informasiya və təcrübə mübadiləsi aparırlar. Hər iki ölkənin xarici işlər nazirləri son günlərdə telefon söhbətlərində iki dəfə artıq təhlükəli infeksiyaya qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Rusiya Azərbaycan həkimlərinə “Vektor” virusologiya və biotexnologiya mərkəzində hazırlanmış laboratoriya avadanlığını və test-sistemləri göndərib. Azərbaycanın öz unikal elmi bazasını qoruyub saxlaması isə, bizim həm virusun öyrənilməsində, həm də ona qarşı vaksinin yaradılmasında ölkələrimizin səylərini birləşdirməyə imkan verir”.




Baxış sayı: 768
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30