Dağlıq Qarabağ məsələsi barədə Çin tərəfinin mövqeyi qəti və dəyişməzdir.
AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Cao Licien bu fikri Çinin CCTV beynəlxalq xəbərlər telekanalının müxbirinin Azərbaycanın əzəli ərazisi, hazırda Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda bu gün keçirilən qondarma “prezident seçkiləri” ilə əlaqədar Çin tərəfinin mövqeyi haqqında sualını şərh edərək söyləyib.
Cao Licienin sözlərinə görə, Çin ümid edir ki, əlaqədar tərəflər regionda sülhü və sabitliyi qorumaq üçün mübahisəli məsələləri siyasi dialoq yolu ilə nizamlayacaqlar.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: “Çin tərəfi regionun sabit inkişafı üçün səy göstərməyə hazırdır”.
Qeyd edək ki, Çin, əvvəlkitək, bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
Baxış sayı: 907
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

