AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Tahirə Həsənzadənin tərtib etdiyi “Azərbaycan kitabı” adlı kataloq işıq üzü görüb.
Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış kataloqa XIX əsrin I yarısından etibarən dünyanın müxtəlif şəhərlərində mətbəə üsulu ilə nəşr olunmuş Azərbaycan kitablarının qısa təsviri daxil edilib. Burada XIX əsr Azərbaycan elm və mədəniyyət xadimlərinin əsərləri öz əksini tapıb. Kitabın baş elmi məsləhətçisi elmi müəssisənin direktoru, akademik Teymur Kərimli, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Kataloqda ən qədim nəşr tarixli Azərbaycan kitabı Abbasqulu Ağa Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunmuş, fars dilinin qrammatikasından bəhs edən “Qanuni-Qüdsi” və Mirzə Fətəli Axundzadənin Tiflisdə 1859-cu ildə çap edilmiş “Təmsilat”ıdır. Ümumilikdə, 873 adda əski çap kitabını əhatə edən kataloqun sonunda əsər adlarının əlifba göstəricisi də verilib.
Baxış sayı: 869
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

