Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan Respublikasının bayrağı ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.
AZƏRTAC xəbər verir ki, qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.
İşıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub. Televiziya kanallarının bu barədə yaydığı xüsusi reportajda tamaşaçıların diqqətinə çatdırılıb ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmasının ardından Atakule qülləsinin üç rəngli Azərbaycan bayrağının rənglərinə boyanması iki dövlətin əbədi qardaşlığının tərənnümdür.
Baxış sayı: 859
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

