FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soydaşlarımıza müraciət edib
13-04-2020, 09:00 | XƏBƏR
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soydaşlarımıza müraciət edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadan Vətənə qayıtmaq istəyən soydaşlarımıza müraciət edib.

Fact-info.az xəbər verir ki, səfir özünün videomüraciətində soydaşlarımızı səfirliyin “qaynar xəti” ilə əlaqə saxlamağa çağırıb. P.Bülbüloğlu müraciətdə qeyd edib ki, dünyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında ölkənin sərhədlərini bağlayıb. Elan olunduğu kimi, aprelin 20-dək ölkəmizə giriş qadağandır. “Bununla əlaqədar, mən sizdən artıq dərəcədə xahiş edirəm ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün heç bir şərait yoxdur. Oraya getməklə siz özünüzə, Rusiya tərəfinə, Dağıstan hökumətinə, Azərbaycan tərəfinə çoxlu problemlər yaradırsınız. Orada gözləməklə heç nə olmayacaq. Sərhəd heç bir xahişlə və ya təzyiqlə açılmayacaq. Ayın 20-dən sonra vəziyyətdən asılı olaraq sərhəd ya açılacaq, ya da hələ bir müddət bağlı qala bilər. Sizdən artıq dərəcədə xahiş edirəm ora getməyin. Orada vəziyyət ağırlaşa bilər, siz pis vəziyyətə düşə bilərsiniz, xəstələnə bilərsiz”, - deyə səfir bildirib. Diplomat xatırladıb ki, Azərbaycan sərhədindən Dərbəndədək olan məsafə 65 kilometr, Mahaçqalaya kimi olan məsafə isə 185 kilometrdir: “Orada biz sizə kömək edə bilmərik. Mənim sözlərimi anlayışla qəbul edin. Bilirəm bu, çətindir. Ancaq təmkinli olmaq lazımdır. Bütün səbrinizi bir yumruğa yığıb gözləmək lazımdır. Başqa çıxış yolu yoxdur. Sizdən xahiş edirəm ki, səfirliklə əlaqə saxlayasınız, “qaynar xət”lərə zəng edib, özünüzü təqdim edəsiniz, səfirliyin e-mailinə sənədlərinizi göndərəsiniz. Biz siyahı tərtib edəcəyik, imkan yaranan kimi bizim əməkdaşlar sizinlə əlaqə yaradıb nə vaxt, nə zaman, hansı yolla Azərbaycana qayıtmaq mümkün olduğu barədə sizə məlumat verəcəklər”.




Baxış sayı: 844
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031