FACT-INFO.AZ » XƏBƏR » Milli Məclisin deputatı Anar Məmmədov: Zirvə görüşü iqtisadi itkilərin minimuma endirilməsi baxımından olduqca əhəmiyyətlidir
11-04-2020, 22:30 | XƏBƏR
Milli Məclisin deputatı Anar Məmmədov: Zirvə görüşü iqtisadi itkilərin minimuma endirilməsi baxımından olduqca əhəmiyyətlidir

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycanın Türk Şurasının gücünün və nüfuzunun artmasında mühüm rol oynadığını göstərir. Qurum türkdilli ölkələr arasında iqtisadi, siyasi, nəqliyyat-loqistika, humanitar, mədəni və digər səhələrdə münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı qədər, yeni tip koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə də üzv ölkələrin bir birilərinə hərtərəfli dəstək vermələri baxımından olduqca əhəmiyyətli rol oynayır.

Ölkə başçısı videokonfrans çıxışında da bildirdi ki, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görür, etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir.

Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Pandemiya ilə mübarizədə isə görülən tədbirlər birbaşa vətəndaşların sağlamlığının qorunması və virusun doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Təbii ki bu videokonfransın əsas məqsədi dost və qardaş ölkələrin dünyanı cənginə almış pandemiya təhlükəsinə qarşı vətəndaşlarının təhlükəsizliyini birgə qorumaq əzmi idi. Lakin bu pandemiyasının yaratdığı problemlər təkcə səhiyyəsi sahəsi ilə bitmir, eyni zamanda ölkələrin sosial-iqtisadi sferalarına da əhəmiyyətli şəkildə təsir göstərir.

Buna görə də Zirvə görüşündə iqtisadi itkilərin minimuma endirilməsi məsələsi də müzakirə olundu. Xüsusən də Bak-Tibilisi-Qars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi.

Bütövlükdə isə qlobal pandemiyaya qarşı mübarizədə həm Azərbaycan Prezidentinin şəxsi nüfuzu, həm ölkəmizin geosiyasi mövqeyi və iqtisadi qüdrəti Bakının daha bir platformada - Türk Şurasında mühüm oyunçu kimi öz layiqli yerini tutması ilə nəticələndi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı bir daha göstərdi ki, Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda türkdilli dövlətlər sırasında əsas ölkə statusunu qazanıb.

Əminliklə söyləmək olar ki, Bakının birləşdirici mövqeyi olmadan Türk Şurası ideyasını gerçəkləşdirmək və yarana biləcək hansısa təhlükələrə qarşı birgə mübarizə olduqca çətin olardı. Artıq Azərbaycan türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib. Zirvə toplantısının imkanlarından faydalanan Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, bölgənin ən mühüm ölkəsi olan Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır və bu birlik hər zaman dünyaya həmrəylik nümayiş etdirərək öz siyasi çəkisini qoruyub saxlayacaq.




Baxış sayı: 1 115
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031