“Dövlətimiz tərəfindən lazımi və zəruri tədbirlər atılır. Proseslər də bir qədər situativ formada inkişaf edir. Özünəməxsus bir dinamika var. Ona görə də dövlətimiz və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bilavasitə və şəxsən dövlətimizin başçısının rəhbərliyi altında bütün proseslər izlənilir və qiymətləndirilir”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Hadisələrin inkişaf tendensiyalarına uyğun olaraq, qərarlar qəbul olunur. Təbii ki, dövlətimizin qəti iradəsi, əzmi də var. Burada əsas meyar vətəndaşlarımızın sağlamlığının təmin olunması, qorunmasından ibarətdir. Dövlət öz üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir və təbii ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində olan vətəndaşlarımızın da üzərinə böyük bir məsuliyyət düşür", - o bildirib.
Baxış sayı: 920
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

