Qlobal Sülh Foto Mükafatı (Global Peace Photo Award) sənədli fotojurnalistika mövzusunda fotomüsabiqə elan edib.
Müsabiqə dünyanın hər bir yerindən olan, işlərində sülh və əmin-amanlıq içində yaşayan bəşəriyyətə çağırış edən, gözəllikləri və mərhəmət hisslərini aşılayan fotoqrafları üzə çıxarıb onları daha da tanıtmaq məqsədini daşıyır.
Mükafatlar bəşəriyyətin gələcəyinin dinc birgə yaşama şəraitində davam edəcəyini ən yaxşı şəkildə ifadə edən fotoqraflara veriləcək.
Ən yaxşı 5 fotoqraf Alfred Fried Sülh Medalı ilə təltif ediləcək. İlin Sülh Fotoşəkli 10.000 avro məbləğində mükafat qazanacaq. Qalib gələn foto 1 il ərzində Avstriya Parlamentinin binasında ekranda nümayiş etdiriləcək və Avstriya Parlamentinin incəsənət kolleksiyasına daxil ediləcək.
Bütün qaliblər sentyabrın 17-də Avstriya Parlamentində baş tutacaq mükafatlandırma mərasimində iştirak etmək üçün Vyana şəhərinə dəvət ediləcəklər.
Qlobal Sülh Foto Mükafatı dünyanın istənilən yerindən olan bütün fotoqraflar üçün açıqdır.
Daha ətraflı məlumat friedaward.com ünvanından əldə etmək olar.
Baxış sayı: 1 007
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

