Almaniyada yaşayan Xalq rəssamı Əşrəf Heybətov dünyada hökm sürən koronavirus infeksiyasını əks etdirən əsər ərsəyə gətirib.
Xalq rəssamı Trend-ə açıqlamasından əsəri bu gün dünyanı ağuşuna alan virusa, faciəvi hadisələrə həsr etdiyini qeyd edib:
"Artıq aydın məsələdir ki, bu virus Çindən, hərbi laboratoriyaların birindən gəlib. Orada yarasalar üzərində bioloji sınaqlar keçirirdilər".
Əşrəf Heybətov qeyd edib ki, o, sözügedən əsərdə yarasanı ölüm rəmzi, planetar miqyasda faciə rəmzi kimi təsvir edib:
"Bütün dünya qoruyucu maskalar taxır. Mən də sırf rənglərin dilində, alleqoriya dilində dünyanın müdafiəsi rəmzi olaraq Yer kürəsinə maska taxmışam. Məni Azərbaycanın milli rəssamı kimi tanıyırlar. Amma bu əsərlə mən göstərirəm ki, ümumdünyəvi problemə qarşı biganə qalmamışam, bu, məni narahat edir. Bir daha çağırış edirəm ki, maska taxın, özünüzü qoruyun, evdə qalın. Gec və ya tez bu keçəcək".
Baxış sayı: 1 343
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

