FACT-INFO.AZ » SİYASƏT » Sevil Mikayılova: Ermənistan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq
4-04-2020, 10:25 | SİYASƏT
Sevil Mikayılova: Ermənistan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq

Bütün dünyada hazırkı pandemiya həyəcanı yaşandığı bir dövrdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə davamlı şəkildə təxribata əl atması mahiyyət etibarilə işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqedə olduğunu bir daha sərgiləyir.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti ölkədə kəskin sürətlə artan epidemiya fonunda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində öz təcavüzkar əməllərini davam etdirməkdən çəkinmir və ağır dönəmdə beynəlxalq hüquq normalarını bir daha kobudcasına pozur:

"Üzdəniraq separatçı rejimin bir neçə gün əvvəl keçirilmiş qeyri-qanuni və saxta “parlament və prezident seçkiləri” Ermənistandakı hazırkı rejim tərəfindən həyata keçirilən növbəti uğursuz taktikadır. Dünya birliyi, xüsusilə, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar tərəfindən birmənalı pislənməsi və tanınmaması təcavüzkar dövlət və qondarma “Dağlıq Qarabağ Respublikası”nın qeyri-qanuni hərəkətlərinə tutarlı cavabdır".

Deputat bildirib ki, Ermənistan dövləti çoxdan çatlamış siyasi hakimiyyəti ilə artıq beynəlxalq birliyin qınağına çevrilib və beynəlxalq qanunun aliliyini ayaqlar altına atan işğalçı ölkə kimi heç bir zaman dəstək almayıb və almayacaq:

"Azərbaycan dövləti beynəlxalq qanunun ədalətinə inanaraq öz haqq işini davam etdirir və bütün yüksək kürsülərdən işğalçı Ermənistanın bəşəriyyəti və regional təhlükəsizliyi təhdid edən təcavüzkar siyasətini və əməllərini ifşa edir. Azərbaycan rəhbərliyi hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həllini dəstəklədiyini bəyan edir və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın hüquqi ərazilərindən birmənalı və qeyd-şərtsiz çıxarılmasını əsas prinsip kimi irəli sürür. Beləliklə, Ermənistan hökuməti beynəlxalq hüququ ya tanımalıdır, ya da beynəlxalq hüquq normalarına uyğun buna məcbur edilməlidir".




Baxış sayı: 890
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930