ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıblar. AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, həmsədrlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində onların 9 mart tarixli bəyanatında əksini tapmış prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həllinə bölgə əhalisinin rolunu tanıdıqlarını bəyan ediblər.
Həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.
“Həmsədrlər bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”, - deyə bəyanatda bildirilir.
Baxış sayı: 886
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

