Azərbaycan xalqı tarixdə çox faciələr yaşayıb. Bu faciələrin əksəriyyəti ötən yüzillikdə ermənilər tərəfindən törədilib. 1918-ci il martın 31-də törədilən soyqırımı həmin qanlı faciələr sırasında yer alan, heç vaxt unudulmayacaq bəşəri cinayətdir.
Bu fikri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib. O deyib: “Erməni millətçiləri 1880-ci ilin sonlarından başlayaraq qurduqları terror təşkilatları vasitəsilə Anadoluda və Qafqazda müsəlman-türk əhaliyə qarşı amansız cinayətlər törədiblər. Torpaqlarımızda yaşamaqlarına şərait yaratdığımız bu toplum hər zaman xəyanətkar mövqedə olub. Xəyanət, hiyləgərlik və qaniçənlik ümumiləşmiş formada ermənilərin amalına çevrilib. 31 mart soyqırımı şəhidlərinin əziz xatirəsini yad edərkən Ərzurum, Ərzincan, İğdır, Qars, Naxçıvan, Xoy və digər bölgələrdə ermənilərin vəhşicəsinə qətlə yetirdikləri günahsız soydaşlarımızı da anırıq. İğdır, Ərzurum və Qubadakı kütləvi məzarlıqlar erməni vəhşətinin nümunələridir”
Baxış sayı: 927
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

