FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
30-03-2020, 09:45 | MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib

Hazırda ÜST tərəfindən COVID-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş̧ kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş̧ vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü̈ kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaqdır.

Bu məqsədlə Nazirliyin “YouTube” kanalından, “Facebook”, “Instagram” səhifələrində maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulmuşdur. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış̧ videoları, eyni zamanda, aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür. Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulmuşdur. Daha geniş̧ tamaşaçı kütləsini məlumatlandırmaq üçün bu veriliş efirdə olduğu vaxt bütün sosial şəbəkələrdə canlı olaraq nümayiş ediləcəkdir.

Veriliş̧ sadə formatda - bir aparıcı və bir qonağın iştirakı ilə hər gün 30-45 dəqiqə təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaqdır. Verilişə dəvət olunacaq sahələrinin peşəkarları olan qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master klaslar nümayiş olunacaqdır.

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tutulmuşdur.

Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaqdır. Çünki hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılmışdır. Eyni zamanda, evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Layihə zamanı bütün təhlükəsizlik, gigiyenik qaydalara riayət edilməsi, nazirliyin aidiyyəti şöbələri ilə koordinasiya şəraitində həyata keçirilməsi nəzərə alınmışdır. Təşkilati məsələlər texnoloji imkanlardan (telefon, internet və s.) istifadə olunmaqla həll edilir.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin rəsmi “Facebook” səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə nümayiş etdirdikləri bacarıqlarına uyğun olaraq qiymətli hədiyyələr təqdim ediləcəkdir.




Baxış sayı: 937
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031