"COVİD-19 təkcə sərhədyani bölgələrdə deyil, digər regionlarda da aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır".
Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
"Bizim A, B, C, D, E planlarımız var idi. İstəyirik ki, planımızın sonunu indidən tam hazır edək ki, heç bir problemlə rastlaşmayaq və müalicə müəssisələrimizin resursları koronavirusla mübarizəyə kifayət etsin. Çünki səhiyyəsi ən inkişaf etmiş ölkələrin xəstəxanalarında belə yataq sayı kifayət etmir. O ölkələrin səhiyyəsi tamamilə iflic vəziyyətdə qalır. Hətta artıq çeşidləmə prosesinə başlayıblar və çox ağır xəstələri qəbul etmək istəmirlər.
Ölkəmizin rəhbərliyi və biz istəmirik ki, Azərbaycan vətəndaşı sağlamlığını taleyin öhdəliyinə buraxsın. Məhz buna görə də ölkə rəhbərinin diqqət və qayğısı müalicə müəssisələrinin imkanlarının genişləndirilməsinə yönəlib", - deyə TƏBİB sədri vurğulayıb.
Baxış sayı: 876
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

