"Evdə qal, cəmiyyəti qoru" kampaniyasına martın 27-dən start verilib. Bu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nın layihəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Twitter” hesabından paylaşım edərək REAL TV ilə birlikdə yeni layihəyə başlayacaqlarını qeyd edib.
Martın 27-dən etibarən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb.
Azay Quliyev paylaşımda bunları qeyd edib: "Əminəm ki, QHT-lər bu mühüm kampaniyada yaxından iştirak etməklə vətəndaşların xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması işinə töhvə verəcək, yaşı 65-dən yuxarı olan soydaşlarımızın üzləşdiyi çətinliklərin həllinə yardım edəcəklər".
Baxış sayı: 983
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

