Xəbər verdiyimiz kimi bu gündən etibarən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına start veriblər. Layihənin məqsədi koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək, ictimai monitorinq və məlumatlandırma kampaniyası aparmaqdır. Bu gündən başlanan kampaniyaya QHT-lər gücləri çatdıqları qədər, imkanları daxilində verirlər.
Belə yardımlardan birini QHT sədri, tanınmış xanım- iş adamı Vəfa Muradzadə edib. “Vəfa Collection” şirkətinin rəhbəri, "İş Qadınlarına Dəstək" İctimai Birliyinin sədri Vəfa Muradzadə bu kampaniyaya 1000 tibbi maska ianə edib.
Qeyd edək ki, "İş Qadınlarına Dəstək" İctimai Birliyi öz müddət öncə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə etmişdi.(qhtxeber.az)
Baxış sayı: 1 022
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

