FACT-INFO.AZ » XƏBƏR » Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edib
22-03-2020, 09:50 | XƏBƏR
Koronavirus ermənilərin Gürcüstana dair planlarını alt-üst edib

Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın 2019-cu ilin oktyabrın 15-də Yerevana səfəri ərəfəsində təxribatçılıq fəaliyyətinə cəhd göstərmələrinə görə Epress mediasının üç erməni jurnalistinin – Yuri Manvelyanın, Tiqran Xaçaturyanın və Tiqran Akopyanın Gürcüstan sərhədçiləri tərəfindən ölkə ərazisinə buraxılmaması rezonansa səbəb olmuşdu. Ermənistandan olan jurnalistlər iddia etmişlər ki, guya onlar Britaniyanın Müharibə və Sülh işıqlandırma İnstitutunun layihəsi üzərində işləyirlər ki, bu layihə də peşəkar jurnalistikanın imkanlarından istifadə etməklə münaqişələrdən və dəyişikliklərdən təsirlənən ölkələrdə demokratiyanın inkişafına kömək edir. Jurnalistlər guya səfər çərçivəsində Gürcüstanın fəal vətəndaşları və hüquq müdafiəçiləri ilə reportajların hazırlanmasını planlaşdırdıqlarını qeyd etmişlər.

Tədqiqat nəticəsində aydın şəkildə məlum olur ki, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda separatçı əhval-ruhiyyənin qızışdırılmasında məhz erməni jurnalistləri fəal rol oynayırlar. Bölgə əhalisinin əksəriyyətinin özlərini “qardaş” kimi qələmə verən ermənilərdən ibarət olmasına baxmayaraq erməni jurnalistləri heç bir dəfə də olsun Gürcüstan ərazisi haqqında gürcülərə xoş təəssürat bağışlayacaq bir sujet hazırlamamışlar. Əksinə, onlar daim Gürcüstanda “erməni məbədləri”nin olmasına dair əsassız iddialar irəli sürürlər. Onlar Qarabağ ssenarisini Samtsxe-Cavaxetiyada da həyata keçirməyə çalışaraq burada sonradan məskunlaşan separatçı erməniləri yerli gürcü əhalisini qovmaları üçün qiyama və kütləvi soyqırıma təhrik edirlər. Bu baxımdan mənbələrdən də aydın şəkildə məlum olur ki, erməni jurnalistləri regiona məhz yerli sakinlərlə təxribat xarakterli müsahibənin aparılması üçün göndərilmişlər.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin fevralın 28-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz bəyanatında, koronavirus infeksiyasının qeydə alınmasına baxmayaraq Gürcüstanla Ermənistan arasındakı sərhədlərin bağlanmayacağını qeyd etmişdi. Lakin bu proqnoz özünü doğrultmadı. Hadisələrin sonrakı gedişi ermənilərin arzusunu ürəyində qoydu.

Hazırda koronavirus xəstəliyinə görə Gürcüstana xarici vətəndaşların girişinin qadağan olunmasına dair qərarın qəbul edilməsi, ermənilərin gürcülərə dair məkrli planlarını alt-üst etmişdir. Qəbul olunmuş qərar barəsində Gürcüstanın Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani bildirmişdir. Belə ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxariya tərəfindən koronavirus infeksiyasının yayılmasına görə qəbul edilmişdir. Bu qərar 2020-ci ilin martın 18-də qüvvəyə minmişdir. Qərara əsasən Gürcüstan sərhədini yalnız ölkəyə qayıdan yerli vətəndaşlar və onların yaxınları keçə bilərlər. Hökumət tərəfindən belə bir addımın atılmasına səbəb isə bir tərəfdən ölkədə koronavirus xəstəliyinin yol açdığı ciddi fəsadlar olmuşdur. Belə ki, 2020-ci ilin martın 17-də koronavirusa yoluxmuş şəxslərin sayı 35 nəfərə çatmış; 1008 nəfər karantində, 64 nəfər isə stasionar nəzarətdə saxlanılmışdır.

Gürcüstanın koronavirusla mübarizəyə həsr olunmuş StopCov adlı hökumət saytının verdiyi məlumata əsasən, hazırda koronavirusa yoluxanların sayı 38 nəfərə çatmış; 1130 nəfər karantində, 81 nəfər isə stasionar nəzarətdə saxlanılmışdır. Koronavirusla bağlı olaraq Tbilisidə və Gürcüstanın digər regionlarında marşrut taksilərinin fəaliyyəti qadağan olunmuşdur. Bu qərar 2020-ci ilin martın 17-də koronavirus pandemiyası ilə bağlı yaradılmış idarələrarası koordinasiya şurasının iclasında qəbul edilmişdir. Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirmişdir ki, koronavirusun yayılma yollarından biri də marşrut taksiləridir. Ona görə də, şəhərdə metronun və bələdiyyə nəqliyyatının fəaliyyətinə icazə verilmişdir. Nəqliyyatda isə hər gün dezinfeksiyanın aparılması tapşırılmışdır. Bundan əlavə koronavirusun yayılmasının qarşısını almaq üçün Acarıstanın yarmarkaları müvəqqəti olaraq bağlanılmış, Xopi bazarının icarəçiləri isə aprelin 1-dək vergidən azad olunmuşlar.

Salayev Kamal

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi




Baxış sayı: 1 177
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031